EN

Türkiyə Suriyada hərbi əməliyyatlar keçirəcək?

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edib. Suriyanın yeni hakimiyyətinin lideri Əhməd Şara ilə baş tutan görüşdən sonra birgə mətbuat konfransı keçirilib."Sizə türk xalqının salamını gətirmişəm. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın ən xoş arzularını sizə çatdırdım. 14 il sənin sevinciniz sevincimiz, kədəriniz kədərimiz idi. Qardaşlıq və qonşuluq bunu tələb edirdi. Bu gün Türkiyə olaraq tarixin doğru tərəfində olduğumuz üçün özümüzü xoşbəxt hiss edirik", - o qeyd edib.

Buna baxmayaraq, Suriyanın şimalında hələ də YPG/PYD terror qruplaşmaları mövcuddur. Həmin terrorçuların məhv edilməsi qardaş Türkiyənin hədəfidir.

Türkiyə Suriyanın şimalında hərbi əməliyyatlar həyata keçirə biləcəyi barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Modern.az-a danışan türkiyəli hərbi ekspert Yücel Karauz bildirib ki, Türkiyənin hər vəziyyətə uyğun planları var:

"Suriya tərəfindən Türkiyənin sərhədləri ilə bağlı hər hansı təhdidin meydana gəlməsinə şahidlik etsək, buna qarşı alternativ planlarımız mövcuddur. Türk Silahlı Qüvvələri, Türkiyə Cümhuriyyəti dövləti həmin hədəflərinə çatmaq əzmindədir. Fəqət Türkiyənin hazırda prioriteti xarici işlər naziri Hakan Fidanın, cənab Prezident Rəcəb Tayyib Ərdoğanın da qeyd etdiyi kimi Suriyanın birliyinin, tək bayraq və konstitusiya altında idarə olunmasının tərəfdarıdır. Eyni zamanda istəyimiz Suriyadakı bütün terror qruplaşmalarının silahlarını buraxıb ölkəni tərk etməsi istiqamətindədir. Dolayısı ilə gözləmə mövqeyindəyik. Konstitusiyon nizamın qurulmasını, ölkədə iqtdarın  möhkəmlənməsini, tək bayraq, tək ordu altında Suriyanın birləşməsini gözləyirik".

Hərbi ekspert vurğulayıb ki, vətəndaş müharibəsi çıxarsa, yaxud xaotik vəziyyət yaranarsa, Türkiyə lazımi addımları atacaq:

"Birlik olmasa,Suriyada  terror qruplaşmaları mövcudluğunu saxlasalar və ya üçüncü ölkələr burada  fəaliyyətlər həyata keçirsə, bilinməlidir ki, Türkiyə Cümhuriyyəti dövləti də lazımi addımlar atmaq əzmindədir. Bununla bağlı terrorizm, terrorçu hardadırsa, tapıb məhv etmək siyasətimiz var. Lakin indiki vəziyyətdə xarici işlər nazirimiz də Dəməşqi ziyarət edib. Ərazi bütövlüyü təmin olunmuş, xalqın iradəsini təzahür etdirən demokratik quruluşun Suriyada hakim olması tərəfdarıyıq. Vətəndaş müharibəsi çıxarsa, yaxud xaotik vəziyyət yaranarsa, Türkiyə lazımi addımları atacaq".

Chosen
18
50
modern.az

10Sources