EN

Şuşada yaradılan yeni infrastruktur “ağıllı su” sistemi əsasında idarə olunacaq

2040-cı il üçün perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsinə əsasən, şəhərin orta günlük su tələbatı 105 l/san təşkil edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, şəhərə içməli su mövcud Kiçik Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək.

Şəhərin Baş Planına uyğun hazırlanan layihəyə əsasən, Şuşa şəhərində 24 km magistral su kəməri, 44 km içməli, 42 km tullantı və 41 km yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı sularının tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan tullantı sutəmizləyici qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqar çayına axıdılacaq.

Şuşa şəhərində yaradılan yeni infrastruktur “ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək.

Chosen
15
vergiler.az

1Sources