EN

Türkiyə və Suriya birgə əməliyyat keçirə bilər

Dəməşq və Ankara kürdlər silahı yerə qoymaqdan imtina edərsə, Suriyada onlara qarşı birgə hərbi əməliyyat keçirə bilər. Bu barədə Türkiyənin "Hürriyet” qəzetinin hökumət dairələrinə yaxın jurnalisti Əbdülqadir Selvi öz mənbələrinə istinadən bildirib.


"Terror təşkilatları, xüsusilə PKK və İD (Rusiyada qadağan olunmuş təşkilat) silahlarını yerə qoyaraq Suriya Ordusuna qoşulmağa çağırılacaq, lakin PKK-YPG bu çağırışa mənfi reaksiya verərsə, Suriya ordusu və Türkiyə Silahlı Qüvvələri PKK-YPG YPG-nin nəzarət etdiyi ərazilərdən çıxarılması üçün əməliyyat keçirəcək”, - məlumatda deyilir. 

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı kürd qruplaşmalarını dərhal öz birləşmələrini dağıtmağa çağırıb. 
 
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. "Reuters”in verdiyi məlumata görə, Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin "bitdiyini” açıqlayıb. Bundan sonra Bəşər Əsəd Rusiyadan sığınacaq alıb. O hazırda Rusiyadadır. Bir neçə gün öncə keçmiş prezident Rusiyaya necə getdiyini şərh edib.
 
Aytac 

www.anews.az
Chosen
17
50
anews.az

10Sources