EN

Kardinale: “Milan”ı satın alanda çoxları bizi dəli adlandırırdı”

“Milan”ın sahibi Cerri Kardinale İtaliya klubunun satın alınmasından danışıb, həmçinin “rossoneri”nin biznes potensialından söhbət açıb.

Arena.az “Milan News” dərgisinə istinadən, Kardinalenin bu barədə fikirlərini təqdim edir:

“Milan”ı satın alanda bir çox idman komandasının amerikan sahibləri mənə zəng edərək demişdilər ki, sən dəlisən. Mənə deyirdlər ki, “İtaliyada iş görmək mümkün deyil” və “pul qazanmaq mümkünsüzdür”. İdman klublarına sərmayə qoyan insanların çoxu bu prosesdə duyğusal olaraq iştirak etdikləri üçün bunu edirlər. Onlar çempionluğu hər şeydən üstün tuturlar və bu, mütəmadi surətdə, ulduzlardan ibarət komandaya həddən artıq pul xərcləməyin qalibiyyətlə xətti şəkildə əlaqəli olduğunu düşünmək kimi səhvə yol açır. Ancaq bu, sərmayədar olaraq edə biləcəyiniz ən pis xüsusdur.

“Milan”ı klubun gəlirinin 3,6 mislinə almışıq. “Çelsi”nin yeni sahibləri klubu ödənişlər daxil olmaqla qazancının yeddi qatına alıblar. Hesab edirəm ki, “Milan”ın 5 milyard avro dəyərində bir şirkət olmaq potensialı var”, deyə Kardinale vurğulayıb.

16 oyundan 26 xalla “Milan” İtaliya A Seriyasının yarış cədəvlində 8-ci pillədə qərarlaşıb.

Chosen
18
arena.az

1Sources