EN

Paşinyan Əliyevin bu tələbinin icrasına başlayır

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın ATƏT-in Minsk qrupunun de-yure buraxılması tələbini icra etməyə zəmin hazırlayır”.

Publika.az
xəbər verir ki, bu barədə erməni politoloq Qriqor Balasanyan deyib.

Onun sözlərinə görə,1994-cü ildən bəri aparılan danışıqların yalnız Qarabağın Azərbaycana qaytarılması məsələsi üzərində aparıldığı haqda bəyanatı da buna hesablanıb.

“Paşinyan Əliyevin Minsk qrupunun buraxılması tələbini icra edəcək. Artıq buna zəmin hazırlayır”, - o qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində Azərbaycanın əsas tələblərindən birinin Minsk qrupunun ləğv edilməsinə Ermənistanın razılıq verməsi olduğunu bildirib. Qarabağ münaqişəsi başa çatsa da, bu prosesi aparan Minsk qrupu hələ də de-yure buraxılmayıb.

Formatın ləğvi üçün Azərbaycanla yanaşı, münaqişənin tərəfi olan Ermənistan da ATƏT-ə müraciət etməlidir. Minsk qrupunun de-yure buraxılması Qarabağ məsələsində tarixi gedişlərdən biri olacaq.

Asif

Chosen
11
publika.az

1Sources