Suriya hakimiyyəti rəsmi olaraq ölkədə katolik Milad bayramının istirahət günü olacağını açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin rəsmi dövlət kanalı məlumat yayıb.
Qeyd edilib ki, dövlət qulluqçuları dekabrın 25 və 26-da işləməyəcək.
Yada salaq ki, Bəşər Əsədin devrilməsindən dərhal sonra yeni hökumətin nümayəndələri xristian icmalarının liderləri ilə görüşüb, onlara təhlükəsizlik və din azadlığı vəd edib. /musavat.com