EN

Keçmiş prezidentlər Paşinyanla debatdan qorxdular

Ermənistanın bütün eks-prezidentləri Paşinyanla debatdan imtina ediblər.

Qeyd edək ki, Paşinyan Facebook səhifəsində 1994-cü ildən gedən Ermənistan-Azərbaycan danışıqları Qarabağın Azərbaycana qaytarılması haqda olduğunu bəyan edib. Buna cavab olaraq Ermənistanın üç keçmiş prezidentinin - Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyanın ofisləri Paşinyanın yalan danışdığını və Dağlıq Qarabağ üzrə danışıqlar prosesinin gedişini təhrif etdiyini bildiriblər. Bundan sonra Paşinyan "keçmişləri" məsələ ilə bağlı canlı debata dəvət edib.

Hərbi cani Serjik Sarqsyanın ofisində debatdan imtina ilə yanaşı Paşinyana həmsədr ölkələrin - Rusiya, ABŞ və Fransa prezidentləri ilə debat açmağa məsləhət görüblər. Onlar 2009-2013-cü illərdə danışıqların formatını və Qarabağ məsələsinin hansı prinsiplər əsasında həll olunacağını beş dəfə açıq elan ediblər.

Hərbi cani Robert Köçəryanın əlaltıları belə cavab veriblər: "Nikol Paşinyanın keçmiş prezidentlərlə debat təklifinə cavabı çoxdan Mark Tven verib. Keçmiş prezidentləri narahat etməyə dəyməzdi. “Heç vaxt axmaqla mübahisə etmə. Onun səviyyəsinə enəcəksən, o səni öz təcrübəsi ilə əzəcək”. Köçəryanın ofisinin rəhbəri Baqrat Mikoyan da Paşinyanın təklifinə münasibət bildirib: “Müzakirə üçün mübahisəli mövzu lazımdır. Artsax və Ermənistanın suveren ərazilərinin təslim edilməsinin indiki baş nazirin şəxsi “xidməti” olması isə danılmaz tarixi faktdır və bütün ağlabatan insanlar üçün aydındır”.

Levon Ter-Petrosyanın sözçüsü Arman Musinyan öz "Facebook" səhifəsində yazıb: “Nikol Paşinyan əvvəlcə özü özü ilə debat etsə, dövlətimiz və cəmiyyətimiz üçün son dərəcə faydalı olacaq. Nəticədə müzakirə tərəflərinin hər ikisi ədalətli şəkildə rəqibinin yalançı olduğunu sübut edəcək”.

Baş nazir Nikol Paşinyan keçmiş prezidentləri bir daha düşünməyə və bu fürsətdən üzbəüz müzakirələr üçün istifadə etməyə çağırıb. O, Facebook səhifəsində bunları yazıb: "Keçmiş prezidentlər deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur, lakin altı ildir ki, mənimlə “təhlükəsiz məsafədən” uzaqdan mübahisə edirlər.

Müzakirə edəcək bir şeyiniz yoxdursa, təqaüdünüzə və/yaxud məhkəmə iclaslarına gedin və mənim hər bir ifadəmə başqa dövlətlərdən olan nümayəndələriniz, dostlarınız və tanışlarınız, bəzən də qohumlarınız və yaxınlarınız vasitəsilə sataşmayın.

Əgər sataşırsınızsa, o zaman insanların əksəriyyətinin onsuz da bu dili bilmədiyi ümidi və inamı ilə “diplomatik” dil fırıldaqları yaratmaq əvəzinə, arqumentləri xalqın qarşısında üz-üzə söyləyək."

Chosen
2
1
anspress.com

2Sources