EN

YAP Nəsimi rayon təşkilatının kollektivi körpələr evini ziyarət etdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və “M.Qaşqay küçəsi 83” ünvanı üzrə ərazi partiya təşkilatının kollektivi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə 1 nömrəli körpələr evini ziyarət ediblər.

"Unikal" xəbər verir ki, görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, “Sağlam Ailə” Özəl Tibb Mərkəzinin direktoru, ərazi partiya təşkilatının sədri Vüqar Eyvazov, körpələr evinin direktoru Dürdanə Budaqova ölkədə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi qayğı göstərildiyini deyiblər. Valideyn himayəsindən məhrum olan uşaqların Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində olduğu vurğulanıb. 

Tədbirdə YAP Nəsimi rayon təşkilatı və “Sağlam Ailə” Özəl Tibb Mərkəzi tərəfindən uşaqlara bayram sovqatları və hədiyyələr təqdim edilib.

Chosen
6
unikal.az

1Sources