EN

Amnistiya aktı 40 nəfərə şamil edilib

ABŞ-də vergidən yayınma və qanunsuz silah əldə etməkdə təqsirli bilinən oğlu Hunter Baydenin əfv edilməsi ilə bağlı reaksiyaların hədəfinə çevrilən ABŞ Prezidenti Co Bayden yeni amnistiya aktını imzalayıb.

“Cebheinfo.az” xəbər verir ki, Bayden ölkədə ölüm hökmü gözləyən 40 federal məhbusdan 37-nin cəzasını ömürlük həbslə əvəz etdiyini açıqlayıb.

Ağ Evdən verilən yazılı açıqlamaya görə, Bayden, "Bu gün ölüm hökmü gözləyən 40 federal məhbusdan 37-nin cəzasını şərti azad etmə imkanı olmadan ömürlük həbslə əvəz edirəm" deyib.

Ölüm cəzalarının tətbiqinə qarşı olduğunu vurğulayan Bayden, "Vicdanım yeni rəhbərliyin dayandırdığım ölüm cəzalarını yenidən başlatmasına icazə verməyəcək", - deyə bildirib. 

Chosen
12
cebheinfo.az

1Sources