EN

“Azərpoçt” adından dələduzluq: Bunları etməyin!

Azərpoçt MMC-nin adından dələduzluq halları davam edir.

Elektron Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək ünvan məlumatlarının düzgün olmaması səbəbindən paketin çatdırılmadığını qeyd edirlər. Digər tərəfdən 24 saat ərzində mesajdakı keçidə daxil olaraq, linkdəki zip kodu və ünvan məlumatlarını təsdiq etmək tələb olunur.

Qeyd edək ki, keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün xüsusi bölmələr yaradılıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Chosen
3
13
hurriyyet.az

10Sources