EN

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanuna dəyişikliyi təsdiq edib

Bakı. Trend:

Prezident İlham Əliyev "Gömrük tarifi haqqında" Qanunundadəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Trend xəbər verir ki,dəyişikliklə dövlətin satınalma öhdəliyi ilə müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindənmüəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalılayihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslərtərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnolojiavadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalındabərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanuna uyğunolaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi iləmüəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxilolmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilib.

Bununla yanaşı, dövlət-özəl tərəfdaşlığı layihələri çərçivəsindəözəl tərəfdaş olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən"Dövlət-özəl tərəfdaşlığı haqqında" qanununa uyğun olaraq müəyyənedilmiş dövlət tərəfdaşının təsdiqedici sənədi əsasında texnikanın,texnoloji avadanlıqların və qurğuların, habelə xammal vəmaterialların idxalı "Dövlət-özəl tərəfdaşlığı haqqında" AzərbaycanRespublikasının Qanununa uyğun olaraq bağlanılmış dövlət-özəltərəfdaşlığı müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən(tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarındanazad olunub.

Qanuna görə, gömrük rüsumları üzrə güzəştlərin və azadolmalarındövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsininaparılması məqsədilə gömrük rüsumları üzrə güzəştlər və azadolmalarNazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydadatəsnifləşdiriləcək.

Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.

Chosen
9
49
az.trend.az

10Sources