"İnanıram ki, Azərbaycanda gələcək nəsillər içərisində perspektivli hakimlər yetişəcək".
Bunu İdman.biz-ə beynəlxalq dərəcəli güləş hakimi Hicran Şərifov deyib.
Karyerasını bitirən referi bildirib ki, bundan sonra fəaliyyətini pedaqoji istiqamətdə davam etdirəcək: "İyirmi beş il dünyanın müxtəlif ölkələrində 150-dən yuxarı çempionat, beynəlxalq turnir idarə etmişəm. Yüksək səviyyədə fəaliyyət göstərdiyimi düşünürəm. Sağ əlim gənclərin başına. Dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı görmüşəm. Bundan sonra da nə qədər gücüm varsa, Azərbaycan idmanına sərf edəcəm. Hazırda Azərbaycan İdman Akademiyasında baş müəllim işləyirəm. Bundan sonra da fəaliyyətimi pedaqoji istiqamətdə davam etdirəcəm".
Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatının gedişində Yay Olimpiya Oyunlarında da ədaləti qorumuş Hicran Şərifova Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Aytac Sahəd
İdman.biz