Fasiləsiz fəaliyyət göstərən dünyanın ən qədim universiteti Əl-Qarauin universitetidir
News365.az xəbər verir ki, hələ də var olan və fasiləsiz fəaliyyət göstərən dünyanın ən qədim universiteti - Əl-Qarauin Universiteti 1165 ildir fəaliyyət göstərir. Bura İslam dünyasının ən tanınmış təhsil müəssisələrindən biridir.
Mərakeşin Fəs şəhərində yerləşir. 859-cu ildə qurulub və İslamın qızıl çağının əsas təhsil mərkəzlərindən biri olub.
Məsçid/mədrəsə kimi fəaliyyətə başlayıb. Amma hazırda bu universitet dünya reytinq siyahısında çox geridə - 9384-cü yerdədir.
UNESCO və Ginnesin Dünya Rekordlar Kitabı Əl-Qaraviyyini dünyanın ən qədim universiteti və ya fasiləsiz fəaliyyət göstərən ən qədim ali təhsil müəssisəsi kimi göstərilir.