EN

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Prezident İlham Əliyevi təbrik edib

Bakı. Trend:

Dövlətlərarası Aviasiya Komitəsinin sədri Oleq StorçevoyAzərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Trend xəbər verir ki, təbrik məktubunda deyilir:

"Möhtərəm cənab Prezident.

Dövlətlərarası Aviasiya Komitəsinin adından və şəxsən öz adımdandoğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul etməyinizixahiş edirəm.

İcazə verin, Sizə möhkəm cansağlığı, tükənməz enerji vəAzərbaycan Respublikasının tərəqqisi naminə ali dövlətifəaliyyətinizdə yeni-yeni uğurlar arzulayım.

Sizə və yaxınlarınıza sülh, rifah və müvəffəqiyyətlərdiləyirəm".

Chosen
15
az.trend.az

1Sources