"Fənərbağça"nın mövsümün sonunda müqaviləsi bitəcək ulduz futbolçusu Duşan Tadiç ayrılıq siqnalı verib.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, "Sarı-laciverdlilər" müqaviləsini uzatmaq istədiyini və hələlik gələcək mövsüm üçün qərarını vermədiyini deyən Tadiç "Ayaks"dan tez-tez mənə geri dönməli olduğuma dair mesajlar aldığını bildirib. Əgər "Aykas"dan təklif olarsa, mütləq dəyərləndirəcəyəm", - deyə açıqlama verib.
Duşan Tadiçin bunları da qeyd edib:
""Ayaks" hər zaman ürəyimdə olacaq. Həmişə mənimlədir. Bunu hər kəs bilir. Bu klub mənim üçün həmişə xüsusi duyğular oyadır, amma "Fənərbağça" da mənim müqaviləmi uzatmağımı istəyir. Gələcək mövsüm üçün qərar vermək istəmirəm. Tələsik bir şey etmək istəmirəm. Növbəti mövsümdə kuboklar qazana biləcəyim bir klubda oynamaq çox vacibdir. Pul əsas deyil. Əsas olan klubun verdiyi idman zəmanətləridir".
Qeyd edək ki, mövsümün sonunda müqaviləsi bitəcək olan Duşan Tadiç bu mövsüm "Fənərbağça" forması ilə 25 rəsmi oyunda 8 qol və 11 asistlik performans göstərib.
Tural
Milli.Az