EN

"Müvəkkil Hüquq Mərkəzi"nin 16 illik yubileyi qeyd olunur

Bu gün "Müvəkkil Hüquq Mərkəzi"nin təsis olunmasının 16-cı ildönümü qeyd olunur. Təşkilat 24 dekabr 2008-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınaraq hüquq sahəsində fəaliyyətə başlamışdır.

QHT.az xəbər verir ki, fəaliyyət göstərdiyi müddət ərzində "Müvəkkil Hüquq Mərkəzi"ndə çoxsaylı peşəkar hüquqşünaslar çalışmış və bu hüquqşünasların bir qismi hazırda mühüm dövlət strukturlarında xidmət göstərməkdədir. Mərkəz, keçmiş əməkdaşları ilə daim əlaqəni qoruyub saxlayaraq hüquq sahəsində səmərəli əməkdaşlıq ənənəsini davam etdirir.

Təşkilatın sədri Səməd Vəkilov yubiley münasibətilə bütün əməkdaşlara, tərəfdarlara və həmkarlara təşəkkürünü bildirərək uğurlar arzulayıb. QHT.az olaraq, "Müvəkkil Hüquq Mərkəzi"ni 16-cı ildönümü münasibətilə ürəkdən təbrik edirik, bütün əməkdaşlara və tərəfdarlara hüququn aliliyinin qorunması yolunda gördükləri işlərdə daha böyük uğurlar arzulayırıq! 

Chosen
19
qht.az

1Sources