EN

Xalqını qəhrəmana çevirən LİDER

"Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına qələbəni bəxş etmiş müzəffər orduya çevrilib. Müzəffər Ali Baş Komandan İlham Əliyev son iki yüz illik Azərbaycan tarixinə qızıl hərflərlə möhtəşəm zəfər sevincini bəxş etməklə yanaşı, dünya erməni lobbisini və erməniçiliyini məhv edib, 30 illik erməni işğalına son verməklə millətini qəhrəmana çevirən bir liderdir".

Bunu Paralel.az -a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri arzu Nağıyev deyib.

Onun sözlərinə görə, 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunub. "Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasında yer alıb", - o qeyd edib.

Komitə sədri əlavə edib ki, yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan bu gün güclü ordu ilə yanaşı, həm də inkişaf etmiş hərbi sənaye kompleksinə malik bir dövlətə çevrilib: "Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırıb. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. güclü ordu və  inkişaf etmiş hərbi sənaye kompleksi erməni işğalına son vermək üçün əlverişli  şərait yaratdı. Müzəffər Ali Baş Komandanın liderliyi altında "Dəmir yumruq" əməliyyatı nəticəsində Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi nəticəsində düşmən üzərində  möhtəşəm qələbəsini  təmin etdi. Azərbaycana bu zəfəri reallığa çevirmiş effektiv ordu quruculuğu qazandırdı. Cənab Prezident dəfələrlə bəyan edirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq: "Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”. Bəli, Prezident verdiyi sözü əmldə  həyata keçirdi. Axı, cənab Prezident dünyada  sözü ilə əməli bir olan lider kimi tanınır. Bu həmin ifadənin bariz nümunəsi idi. 

Azərbaycan xalqı bu möhtəşəm zəfərə ancaq cənab Prezidentin yürütdüyü qələbə diplomatiyası nəticəsində dünyanın qəhrəman xalqına çevrildi".

Mürtəza
Paralel.az

Chosen
7
4
paralel.az

5Sources