EN

“Turan Tovuz” - qış fasiləsində ölkəni tərk edəcək yeganə komanda

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz” komandasının qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Sözügedən komanda mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 4-də Antalyaya yollanacaq. Kemer bölgəsindəki “Sherwood Exclusive” otelində məskunlaşacaq Tovuz təmsilçisi ayın 13-nə qədər burada hazırlığını davam etdirəcək. Baş məşqçi Kurban Berdıyev hazırlıq çərçivəsində 2 yoxlama oyununda komandanı sınaqdan keçirəcək.

Təlim-məşq toplanışı çərçivəsində keçiriləcək yoxlama oyunları haqda əlavə məlumat veriləcək.

Xatırladaq ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasında 2024/2025-ci illər mövsümünün ilk iki dövrəsini 32 xalla üçüncü pillədə başa vurub.

Sonda onu da vurğulayaq ki, Tovuz klubu bu qış fasiləsi zamanı Azərbaycanı tərk edəcək yeganə elita təmsilçisidir. Digər komandaların hamısı qısa fasilə dönəmini ölkə ərazisində keçirəcəklər.

Chosen
25
11
arena.az

10Sources