EN

Ukrayna Rusiyanın dondurulmuş aktivləri hesabına ilk 1 milyard dolları aldı -VİDEO

Ukrayna dondurulmuş Rusiya aktivlərindən ilk vəsaiti əldə edib.

 

Senzor.az bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz Teleqram kanalında məlumat yayıb.

 

"Ukrayna ABŞ-dan Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlir hesabına 1 milyard dollar alıb. Bu, G7 təşəbbüsü çərçivəsində Rusiya aktivlərinin istifadəsi hesabına ABŞ-ın ayırmağa hazır olduğu 20 milyard dollar məbləğində vəsait çərçivəsində ilk tranşdır", - D.Şmıqal qeyd edib.

 

Xatırladaq ki, oktyabrda G7 ölkələrinin liderləri Ukraynaya 50 milyard dollar məbləğində kreditin ayrılmasının detalları ilə bağlı razılığa gəldiklərinə dair birgə bəyanat qəbul ediblər.


Chosen
15
7
senzor.az

10Sources