EN

Güləş üzrə Azərbaycan çempionatı BAŞLADI

Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına start verilib. 

Bizim.Media xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da 104 idmançı mübarizə aparıb.

İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub. Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu adına sahib çıxıb.
 

72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Urfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub. 82 kq-da yeni ölkə çempionu müəyyənləşib. 


Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub. 97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasından Murad Əhmədiyev qalib ayrılıb və titulunu qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
4
12
bizim.media

10Sources