EN

"Mançester Siti"də uğursuz mövsüm: Qvardiola 5 ulduzla yollarını ayırmağa hazırdır

Bu mövsüm İngiltərə Premyer Liqasında böyük çətinliklər yaşayan Pep Qvardiolanın komandası "Mançester Siti" son illərin ən pis göstəricilərini nümayiş etdirib.

hakimiyyet.az-ın məlumatına görə, bu barədə "Beinsports" xəbər verib.

İspan məşqçinin karyerasında ən pis dövr sayılan bu mövsümün ingilis klubunda da böyük dəyişikliklərə səbəb olacağı gözlənilir.

İngiltərə mətbuatında Qvardiolanın beş futbolçu ilə yollarını ayırmaq istədiyi bildirilir.

"Daily Record"un məlumatına görə, Qvardiolanın qara siyahısında Kevin de Bruyne, İlkay Gündoğan, Kayl Uoker, Ederson, Bernardo Silva və Ruben Dias yer alıblar.

Qvardiolanın bu futbolçularla ayrılmaq istəməsinin səbəbi, məşqçinin komanda daxilindəki problemlər və futbolçuların əldə etdikləri uğurdan "doymaları" göstərilir.

Xatırladaq ki, "Mançester Siti" son 12 rəsmi matçın 9-da məğlub olub.

Chosen
15
hakimiyyet.az

1Sources