EN

“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib - FOTO

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Nazirlikdən Avtosfer.az-a bildirilib ki, iclasda “Texnologiya və innovasiyalar” İşçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planına daxil edilməsi üçün aidiyyəti qurumlar tərəfindən təklif edilmiş tədbirlər və həmin tədbirlərin Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarının nəticələrinə birbaşa müsbət təsir göstərə bilmə imkanlılığı və digər aidiyyəti məsələlər ətraflı müzakirə olunub.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışı edərək, 2025-ci il üzrə Qlobal İnnovasiyalar İndeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.

Eyni zamanda bildirib ki, “Texnologiya və innovasiyalar” İşçi qrupunun üzvləri tərəfindən 2025-ci il üzrə Fəaliyyət Planına Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarına birbaşa müsbət təsir göstərən tədbirlərin əlavə edilməsi məqsədilə təkliflər təqdim olunub.

Samir Məmmədov sözügedən təkliflərin daha da konkretləşdirilməsi və ölçüləbilən olması üçün işçi qrupun üzvlərinə müvafiq tövsiyələrini və tapşırıqlarını verərək, qısa müddətdə təklifləri ümumiləşdirərək, işçi qrupun Katibliyinə təqdim edilməli olduğunu bildirib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Həmçinin növbəti il üçün işçi qrupun Katibliyi tərəfindən İndeksin alt-indikatorlarının metodologiyasına uyğun olaraq tədbirlərin formalaşdırıldığını əlavə edib.

Bildirib ki, bugünkü iclasda əsas məqsəd nəticə əsaslı tədbirləri müəyyənləşdirərək, növbəti ilin Fəaliyyət Planını təkmilləşdirməkdir. Bu tədbirlərin icrası yekunda həm Qlobal İnnovasiya İndeksinə, həm də sahəvi göstəricilərə müsbət təsir etməlidir. Bundan əlavə, təqdim edilmiş təkliflər üzrə əsas keyfiyyət göstəricilərinin və icra müddətlərinin müəyyən edilməli olduğu vurğulanıb.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrup tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Chosen
3
4
avtosfer.az

5Sources