EN

Mourinyo haqda sözləri səs-küy yaratdı: "Bilmir dostum..."

Məşhur şərhçi Rıdvan Dilmen, Fənərbağça baş məşqçisi Xose Mourinyo haqqında verdiyi açıqlamalarla sosial mediada böyük müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, HT Spor proqramında gündəmə dair açıqlamalar verən Rıdvan Dilmen, portuqaliyalı məşqçinin komandada saxlanılmasının vacibliyini vurğulayaraq deyib:

"Mən olsam, Fənərbağça olaraq Mourinyonun gedəcəyi ilə bağlı heç nə demərəm, heç bu məsələni qaldırmaram."

Dilmen, Fənərbağçənin Mourinyoya dəstək göstərməli olduğunu ifadə edərək əlavə edib: "Bu məşqçi Aykut Kocaman və İsmail Kartal tərzində olanlardan biridir."

Dilmen, Mourinyonun komandada qalacağı təqdirdə gələn mövsümdə Fənərbağçanı çempion edəcəyini vurğulayıb:

"Gələn il böyük ehtimalla çempion edər. Amma səbir göstərilərsə. Hazırda bunu hiss edirməm? Xeyr. Amma oynatmaq və etmək istədiklərini başa düşürəm."

Son olaraq Mourinhonun çatışmazlıqlarına toxunan Dilmen, burada istifadə etdiyi ifadələrlə diqqət çəkib:

"Çatışmazlıqları var. O da budur ki, Edirnədən bu tərəfi bilmir dostum. Fənərbağça Mourinyoya yüz faiz səbir göstərməlidir. Mourinhonu gətirərkən dərhal çempion olmaq üçün gətirdilər, amma bu tip məşqçilər səbir tələb edən məşqçilərdir."

Lalə Qüdrətova
Milli.Az

Chosen
14
milli.az

1Sources