"Özümdən bu nəticəni gözləyirdim".
Bunu İdman.biz-ə Azərbaycan millisinin yunan-Roma güləşçisi Qurban Qurbanov (82 kq) deyib.
O, Azərbaycan çempionatındakı çıxışını dəyərləndirib. Qızıl medal qazanan Qurbanov bildirib ki, yarışa çox yaxşı hazırlaşıb: "Bu günlərdə yığma ilə birlikdə Çində keçirilən təlim-məşq toplanışında idim. Hazırlıqlar gənclərdən ibarət milli üçün nəzərdə tutulsa da, mənim də iştirakımı məsləhət gördülər. Dünya çempionatında uğursuz nəticə əldə etdiyim üçün Azərbaycan çempionatında qalib gəlmək mənim üçün çox vacib idi. Yarışa çox ciddi hazırlaşmışdıq. Döyüşlər də yaxşı keçdi. Bu mənim böyüklər arasında keçirilən çempionatda ilk qələbəmdir".
Qeyd edək ki, Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı dekabrın 27-dək davam edəcək.
Aytac Sahəd
İdman.biz