EN

Litva Rusiya və Belarus vətəndaşları üçün məhdudiyyətləri yenidən uzatmağı planlaşdırır

Litva hökuməti Seymə Rusiya və Belarus vətəndaşlarına tətbiq edilən milli sanksiyaların müddətini daha bir il uzatmağı təklif edib.

Bu barədə Litva mətbuatı məlumat yayıb.

Litvanın Xarici İşlər Nazirliyi iki ildir qüvvədə olan məhdudlaşdırıcı tədbirlərin müddətini daha bir il - 2026-cı il mayın 2-dək uzatmaq istəyir. Hazırda qanun yuxarıda qeyd olunan sanksiyaların 2025-ci il mayın 2-dək qüvvədə olmasını nəzərdə tutur. Agentlik qeyd edib ki, Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya qarşı başladığı müharibə hələ də davam edir, ona görə də məhdudiyyətlərin səbəbləri aradan qalxmayıb.

“Qanunun davam etdirilməsi Litvaya Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə ilə əlaqədar Avropa İttifaqının tətbiq etdiyi beynəlxalq sanksiyalara əlavə olaraq xarici siyasət aləti kimi təcavüzkar dövlətlərə qarşı milli səviyyədə məhdudlaşdırıcı tədbirlər tətbiq etmək imkanı verəcək. ”, - deyə izahatda deyilir.

Xatırladaq ki, ötən ilin aprelində Litva parlamenti ruslara daşınmaz əmlak almağı qadağan edən qanun qəbul edib . Qadağa 2024-cü ilə qədər qüvvədə olub və ölkədə yaşamaq hüququ verilmiş ruslara şamil edilməyəcək.

Parlament həmçinin Rusiya və Belarus vətəndaşlarına yeni vizaların verilməsini qadağan edib.

Bundan əlavə, vizaları olan ruslar və belaruslar Litvanın milli təhlükəsizliyinə təhlükə olub-olmadığını müəyyən etmək üçün sərhəddə “fərdi gücləndirilmiş yoxlamalardan” keçəcəklər. \\32gun.az

Chosen
15
2
hurriyyet.az

3Sources