Bu gün I Liqada ilin son oyunları keçirilib.
11-ci turun "Difai" - MOİK qarşılaşması qonaqların qələbəsi ilə başa çatıb - 0:1.
"Fədailər" bu matça görə AFFA-dan 0:3 hesablı texniki məğlubiyyət alacaq. Səbəb adı görüşün iştirak ərizəsinə salınmayan futbolçunun meydana çıxmasıdır.
Belə ki, komanda 90+3-cü dəqiqədə Tahir Zeynalovun xidmətindən istifadə edib.
Bu məsələyə yaxın günlərdə AFFA-nın İntizam Komitəsində baxılacaq. /sportinfo