Fransanın dənizaşırı ərazisi sayılan Yeni Kaledoniyada hökumət süqut edib. Bu, "Kaledoniya Birlikdə" partiyasının kabineti tərk etməsi ilə baş verib.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Fransa mətbuatının yazdığına görə, müstəqillik əleyhdarı olan partiya Yeni Kaledoniya hökumətinin başçısı Lui Mapuya məktub göndərərək, hökumətdən çıxdığını açıqlayıb.
Yeni hökumət qurulana qədər müstəqillik tərəfdarı olan Mapu adada gündəlik işləri idarə etməyə davam edəcək.
Qeyd edək ki, Yeni Kaledoniyada Konqres üzvləri səsvermə yolu ilə hökuməti müəyyənləşdirirlər. Mapu 2021-ci ilin iyulunda Yeni Kaledoniyanın baş naziri seçilib.
Mənbə: oxu.az