EN

FİFA müqavilə öhdəliyini pozan futbolçuya ağır CƏZA VERDİ

FİFA "Dinamo"nun (Kiyev Ukrayna) icarə əsasında "Tiqre"də (Argentina) çıxış edən hücumçusu Erik Ramiresə sərt cəza tətbiq edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. 
 

Qərarın verilməsinə venesuelalı futbolçunun keçmiş klubu "Slovan" (Slovakiya) qarşısında müqavilə öhdəliyini pozması səbəb olub.


Məlumata görə, futbolçu "Slovan"la müqaviləsi olmasına baxmayaraq, komandasının 2023-cü ildə qış təlim-məşq toplanışına qatılmayıb. O, bunu klubdan vəd olunan pulu ala bilməməsi ilə izah edib. Bundan sonra "Slovan" Ramiresə maddi cəza tətbiq edib və ondan şikayətçi olub. FİFA isə Bratislava təmsilçisinin şikayətini dəyərləndirib və Ramiresi 6 aylıq futboldan kənarlaşdırıb.

Məlumatda bildirilib ki, məhkəmənin tələb etdiyi təzminatı kluba ödəməyə razı olduğu halda Ramiresin cəzasını ləğv edə bilər.

Erikin "Dinamo" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Onun "Tiqre" ilə icarə sözləşməsi isə 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Argentina klubunun futbolçunu almaq imkanı da var.
Bu mövsüm Ramires 29 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizim.Media

Chosen
1
1
bizim.media

2Sources