Türkiyə Suriya ilə dəniz sərhədlərinin demarkasiyasına dair müqavilə imzalamağı planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Əbdülkadir Uraloğlu məlumat verib.
O, həmçinin qeyd edib ki, sazişin hazırlanması mərhələsinə keçməzdən əvvəl “Suriyada daimi hökumətin qurulmasını gözləmək lazımdır”.
Musavat.com