EN

"Şagirdlərimizin gələcəyi təhlükədədir"

"Son dövrlərdə sosial media, xüsusən TikTok, həm böyüklər, həm də şagirdlər arasında böyük populyarlıq qazanıb. Lakin, təəssüflə qeyd etməliyik ki, bu platforma bəzən milli-mənəvi dəyərlərə zidd davranışların yayılmasına səbəb olur. Daxili İşlər Nazirliyinin bu məsələdə qanunauyğun addımlar atması təqdirəlayiqdir".

Redaktor.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb. Onun sözlərinə görə, şagirdlər bu platformadan zərər görür.

"Xüsusi diqqət tələb edən digər bir məsələ şagirdlərimizin bu platformalardan mütəmadi olaraq zərər görməsidir. TikTok və digər sosial media platformaları təhsil və tərbiyəyə mənfi təsir edir, şagirdlərimizin vaxtını və enerjisini məhv edir*.

Ekspert mövzu ilə bağlı bir neçə təklif də irəli sürüb.

 "1. Məktəblərdə sosial media istifadəsi ilə bağlı tənzimləyici qaydaların hazırlanması.

 2. Şagirdlərə rəqəmsal savadlılıq tədris edilməsi və zərərli məzmunların təsirlərindən qorunmaq üçün maarifləndirmə işlərinin gücləndirilməsi.

 3. TikTok kimi platformaların məktəb yaşlı uşaqlar üçün məhdudlaşdırılması ilə bağlı konkret addımların atılması.

Gələcəyimiz olan gənc nəslimizi qorumaq hər birimizin borcudur!".

Türkan İSGƏNDƏRLİ 

Chosen
27
1
redaktor.az

2Sources