EN

TKTA peşə təhsil müəssisələrinin akkreditasiyasını həyata keçirib

TKTA tərəfindən peşə təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov media üçün illik hesabat görüşündə deyib.

Məlumata görə, cari ildə TKTA tərəfindən peşə təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları hazırlanıb və təsdiq edilib:

“Bununla yanaşı, 4 peşə təhsil müəssisəsi (Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi) üzrə müvafiq komissiyalar təşkil edilib və institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları həyata keçirilib”.

Qeyd olunub ki, hazırda sözügedən peşə təhsil müəssisələri üzrə Yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur.

Chosen
8
1
bakivaxti.az

2Sources