EN

Qazaxıstan rəsmiləri təyyarə qəzasına dair ilk məlumatı yaydı

Qazaxıstanın Fövqəladə Hallar Xidməti (FHX) Aktau yaxınlığında baş verən təyyarə qəzasına münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində sağ qalanlar var.

Təyyarədə ümumən 105 sərnişin və 5 heyət üzvü olub.

Qazaxıstan FHX rəsmi şərh yayıb:

"Aktauda təyyarənin qəzaya uğradığı yerə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin 52 canlı qüvvəsi və 11 texnikası gəlib. Uçuş zamanı təyyarənin yandığı məlum olub. Xilasedicilər yanğını söndürməyə başlayıb. Hazırda ölənlər barədə məlumat dəqiqləşdirilir; ilkin məlumatlara görə, sağ qalanlar var".


Telegram kanalımız
Chosen
15
5
yenisabah.az

6Sources