EN

Portuqaliya yaxınlığında sərvətlə dolu gəmilər tapılıb - VİDEO

AzVision.az Portuqaliyanın “Lusa” agentliyinə istinadən xəbər verir ki, NOVA universitetindən olan arxeoloq Aleşandri Monteyru həmin gəmilərin Azor adalarında, Madeyra arxipelaqlarında və materikdə yerləşən Portuqaliyada tapıldığını açıqlayıb. Arxeoloqun 1500-cü ildən bəri batmış gəmilər barədə tərtib etdiyi məlumat bazasında ümumilikdə 8620 gəminin adı çəkilir.

“Troya yarımadasının yaxınlığında 1589-cu ilə aid “Nossa Senhora do Rosario” adlı ispan gəmisi var. Onun yükü 22 ton qızıl və gümüşdən ibarətdir. Habelə 1615-ci ildə Fayal adası yaxınlığında yoxa çıxan “Nossa Senhora da Luz” gəmisi barədə xatırlatmanı tapmışam”,-Monteyro iddia edib.

Dörd il arxivlərdə axtarış aparan alim, elə ilk sualtı dalğıc səyahətində batan gəminin yerini aşkarlayıb.



Daha əvvəl “1XPEDITION” tədqiqat layihəsinin komandasının Ladoqa gölünün sularında 34 m dərinlikdə dəniz quldurlarına aid ola biləcək batmış gəmi tapıldığı açıqlanmışdı. Mütəxəssislərin məhz quldur gəmisi barədə fərziyyəsi gözlənilməz tapıntıya əsaslanır - gəminin hər iki tərəfində Leviafan işarəsi olub.

Tapılan gəmi 19-20-ci əsrlərin sonunda Finlandiyada inşa edilib. Onun göyərtəsində gəmi kompasının yerləşdiyi qutu, teleqraf və sükan qalır. Dalğıclar bəzi otaqların birində ehtimala görə içərisində mirvari olan keramikadan hazırlanmış stəkanlar tapıblar.

Sahil İsgəndərov
AzVision.az
Chosen
7
azvision.az

1Sources