EN

AZAL: Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub

Aktauda “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin olub.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, ilkin məlumata görə onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 Rusiya vətəndaşı, 6 Qazaxıstan vətəndaşı, 3 Qırğızıstan vətəndaşı.

Qeyd olunur ki, sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.

Chosen
14
1
apa.az

2Sources