EN

Bəzi Avropa ölkələri başçılarının Rusiya ilə yaxınlaşması narahatlıq doğurub

 

  Brüssel bəzi Avropa ölkələri başçılarının rəsmi Moskva ilə yaxınlaşmasından, xüsusən Slovakiyanın Baş naziri Robert Fitsonun Rusiyaya səfərindən narahatdır.

  “El Pais” qəzetinin yazdığına görə, Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri, bəzi Rusiya yönümlü avroskeptik partiyaların təbliğatı, həmçinin Rumıniyada keçirilən seçkilərin nəticələri və bütün bunların Donald Trampın ABŞ prezidenti seçilməsi fonunda baş verməsi Avropa İttifaqının ciddi narahatlığına səbəb olub.

  Ukrayna münaqişəsinin həlli üçün diplomatik dialoq başlayanda Avropa İttifaqında Rusiya ilə münasibətlərin bərpasının lehinə çıxış edənlərin də sayı çoxalmaqdadır. Hazırda rəsmi Kiyevə yardımı sual altına alan və müharibənin tez bir zamanda başa çatmasına çağırış edənlərin sayı artmaqdadır.



Chosen
7
3
trt.net.tr

4Sources