EN

Pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb

Polis əməkdaşları tərəfindən partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, paytaxtın Sabunçu, həmçinin, Ağdaş,  Beyləqan, İsmayıllı, Ucar, Cəlilabad, Masallı, Zaqatala və Tovuz rayonlarında keçirilən növbəti tədbirlər zamanı  yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 17  nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlarla bağlı həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə  göndərilib.

Chosen
7
9
ucnoqta.az

10Sources