EN

TDT təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Bakı. Trend:

Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycan aviaşirkətinəməxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəviqəzaya uğramasını dərin hüznlə öyrəndik.

Trend xəbərverir ki, bu barədə Türk Dövlətləri Təşkilatının "X" sosial mediahesabında qeyd edilib.

"Həyatını itirənlərin ailələrinə başsağlığı verir, qəzadan sağçıxanlara isə tezliklə şəfa diləyirik. Bütün düşüncələrimiz vədualarımız bu faciəli hadisədən zərər çəkmiş qardaş vəbacılarımızladır. Bu kədərli zamanda bütün zərər çəkmiş dövlətlərinxalqına səbr və başsağlığı veririk", - deyə bildirilib.

Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədəqəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki,Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37Azərbaycan vətəndaşı olub.

“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan,6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, - deyəNazirliyin məlumatında bildirilir.

AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayanBakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Chosen
19
2
az.trend.az

1Sources