EN

Aleksandr Lukaşenko təyyarə qəzası ilə əlaqədar İlham Əliyevə başsağlığı verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL aviaşirkətinin sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlarla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Belarus Prezidentinin Mətbuat Xidməti xəbər yayıb.
O bildirib ki, Belarusda bu xəbər dərin ağrı və kədər hissi ilə qarşılanıb.
"Belaruslar qardaş Azərbaycan xalqının başına gələn bu faciənin ağır yükünü və əvəzolunmaz itkilərin kədərini bölüşür", - deyə başsağlığında bildirilir.
Aleksandr Lukaşenko həmçinin həlak olanların bütün qohumlarına və yaxınlarına səmimi dəstək və başsağlığı sözlərini çatdırıb, yaralananların tezliklə sağalmasını arzulayıb.
Chosen
13
50
oxu.az

10Sources