EN

12 il əvvəl və bu gün: Qazaxıstanda eyni tarixdə iki təyyarə qəzası

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Aktau yaxınlığında baş verən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin "Embraer 190" təyyarəsinin qəzası son 15 ildə Qazaxıstanda baş verən dördüncü belə hadisədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Militarist" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, bu qəzaların hamısı dekabr və yanvar aylarında baş verib (biri - düz 12 il əvvəl eyni gündə).
25 dekabr 2012-ci ildə Şımkent yaxınlığında Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin "An-72" təyyarəsi qəzaya uğrayıb, o zaman göyərtədə olan 27 nəfərin hamısı həlak olub.
Bir ay sonra, 29 yanvar 2013-cü ildə Kokşetaudan uçan SCAT aviaşirkətinin təyyarəsi Almatı hava limanı yaxınlığında qəzaya uğrayıb. O zaman 21 nəfər həlak olub.
27 dekabr 2019-cu ildə Astanaya uçan "Bek Air" aviaşirkətinin "Fokker 100" təyyarəsi Almatıda qəzaya uğrayıb, 13 nəfər həlak olub.
Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. İlkin məlumata görə, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Təyyarədə beş ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər (37-si Azərbaycan, 16-sı Rusiya, altısı Qazaxıstan və üçü Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, 32 nəfər sağdır.
Chosen
9
50
oxu.az

10Sources