EN

Albaniya yaxın 3 ildə Avropa Birliyinə daxil ola bilər

Albaniya 2028-ci ildə Avropa Birliyinə üzv olmağa hazır olacaq. Bunu baş nazir Edi Rama deyib.


O, Fransanın "Le Monde” qəzetinə müsahibəsində "Texniki olaraq biz 2028-ci ildə  hazır olacağıq. "Avropa Şurasının  hə, yoxsa yox deyəcəyini bilmirəm”, - Rama əlavə edib.


Onun sözlərinə görə, icmaya qoşulma prosesi "Aİ-nin daxili dinamikası və üzv ölkələrin seçki ehtiyacları ilə bağlı siyasi məsələ” olaraq qalır.
 
Baş nazir əlavə edib ki, o, Albaniya qanunvericiliyini Aİ qanunlarına uyğunlaşdırmaq üçün ChatGPT chatbotunun texnologiyalarından istifadə etməyə və bununla da ölkənin birliyə daxil olmasını sürətləndirməyə ümid edir.


Oktyabrda Avropa İttifaqı Albaniya ilə onun icmaya qoşulması ilə bağlı ilk məsələlər üzrə danışıqlara başlayıb. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Szijyarto qeyd edib ki, Albaniya üzvlük danışıqları üçün meyarlara tam cavab verir, lakin "bu, uzun və çətin proses olacaq.
 
Albaniya 2014-cü ilin iyununda Aİ-yə rəsmi namizəd statusu alıb. Avropa İttifaqı Şurası 2020-ci ilin martında onun icmaya qoşulması ilə bağlı danışıqların başlanmasını təsdiqləyib. 2022-ci ilin iyulunda Aİ Albaniya ilə belə danışıqlara başlayıb.
 
Aytac 

www.anews.az
Chosen
16
anews.az

1Sources