EN

Atasını dəfn etmək üçün Bakıya gəlibmiş – Qəzadan sağ çıxdı – FOTO

AZAL-ın Aktauda qəzaya düşən təyyarəsində sağ qalan rus vətəndaşından biri atasının dəfnindən sonra uçurmuş.

NOCOMMENT.az Rusiya mediasına istinadən xəbər verir ki, 36 yaşlı Zaur Məmmədov 3 gün əvvəl Bakıda yaşayan atasını dəfn edib.

Həmin şəxs Rusiyaya qayıdarkən təyyarə qəzasına düşüb.

Zaur sağ qalıb və Qazaxıstan xəstəxanasındadır.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Musavat.com

Chosen
21
6
nocomment.az

10Sources