EN

Sağ qalan sərnişin azərbaycanlı stüardessanın peşəkarlığından danışdı - VİDEO

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarənin göyərtəsindən sağ çıxan sərnişinlərdən biri Sübhonkul Rəhimov qəzadan danışıb. 

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, bacısı Yekaterina Rəhimova ilə birlikdə təyyarədə olan Sübhankul stüardessasının öz vəzifəsini layiqincə yerinə yetirdiyini vurğulayıb.

"Stüardessalar öz işlərini layiqincə icra etdilər. Baş stüardessa qadın idi, sona qədər təmkinini qorudu, bütün təlimatları izah etdi, bilmirəm o, qəzadan sağ çıxa bildi, ya yox, amma işinin öhdəsindən layiqincə gəldi" , - deyə o bildirib.

Chosen
11
50
unikal.az

10Sources