EN

“TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.

"Far.Az"un xəbərinə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

Chosen
7
7
far.az

10Sources