EN

Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb

Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus \"Embraer\" təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.

Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
Chosen
11
9
azxeber.com

10Sources