EN

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

Bakı. Trend:

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri JelkaTsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubuünvanlayıb.

Trend xəbər verir ki, başsağlığı məktubunda deyilir:

"Zati-aliləri.

Azərbaycan vətəndaşlarının həyatını itirməsi ilə nəticələnənfaciəvi təyyarə qəzası xəbərini dərin kədərlə qarşıladım. Buqüssəli anlarda Bosniya və Herseqovina xalqı adından və şəxsən özadımdan Sizə dərin hüznlə başsağlığı verirəm.

Həlak olanların ailələri və yaxınlarının, eləcə də bütünAzərbaycan xalqının kədərini bölüşürük. Bu faciə nəticəsindəhəyatını itirənlərin ruhu şad olsun, yaralananların tam sağalmasınıdiləyirik.

Sizə dərin ehtiramımızı və dəstəyimizi ifadə edirik".

Chosen
21
8
az.trend.az

10Sources