EN

Suriyada yeni rejimə qarşı 4 şəhərdə üsyan: xristian vəşiə icmaları ayağa qalxıb - 14 polisə pusqu qurulub, ordu hərəkətə keçdi

Bəşər Əsədin devrilməsindən sonra Suriyada qurulan yeni hökumətə qarşı 4 böyük şəhərdə xristian və şiə məzhəbli əhali tərəfindən üsyan başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dini ayrlseçkilik və məbədlərə qarşı yeni rejimin münasibətindən qeyzləndiyini iddia edən yerli əhalinin bir hissəsi küçələrə axışıb, HTŞ iqtidarına qarşı şüarlar səsləndirib: "Humus (Homs) şəhərinn ətrafında isə yerli polisin yeni işçilərinə qarşı pusqu qurulub.Tartusda isə yeni rejimin 14 polisi öldürülüb, yaralılar var".

Xəbərdə deyilir ki, Suriyanıpn yeni rejimi sabitliyi bərba etmək və üsyançıları yatırmaq üçün Humus başda olmaqla, 4 iri şəhərə Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusunun üzvlərini yönəldib: "Onlar təxribatların qarşısını almaq üçün Humusdaəməliyyata başlayıb. Artıq 4 şəhərdə komendant saatı elan edilib".

O deyib ki, Tartusda Daxili İşlər Nazirliyinə bağlı qüvvələrə onlar pusqu qurublar: "Tartus çölündə insanların təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifəni yerinə yetirən Daxili İşlər Nazirliyinə bağlı qüvvələrə qarşı pusquda 14 nəfər həlak olub, 10 nəfər yaralanıb. Daxili İşlər Nazirliyi olaraq Humus şəhərində küçələrə çıxaraq üsyana çağırış edən devrilmiş rejimin tərəfdarlarına qarşı əməliyyat keçirilib, bununla yanaşı, şəhərdəki təxribatları aradan qaldırmaq üçün bölgəyə əlavə qüvvələr göndərilib. Həmçinin, Humus, Latakiya, Cebele və Tartus şəhərlərində sabah səhərə qədər komendant saatı elan edilib".

Nazir bildirib ki, Daxili İşlər Nazirliyi dini məbədləri qorumaq üçün hər cür səy göstərir: "Suriyanın bəzi şəhərlərində üsyana çağırış edənlərdən biri Livan vətəndaşıdır. Fakt araşdırılır".

Məlumata görə, üsyan Suriya keçid hökumətinin İrana xəbərdarlıq etməsindən 24 saat keçməmiş şiə və xristian icmalarının küçələrə çıxması ilə başlayıb: "Bu isə yeni rejimi prosesin arxasında İranın drması qənaətini yaradb...".

Tahir Şəlvəli
MİA.AZ

Chosen
14
mia.az

1Sources