EN

Mossad və Netanyahu arasında İrana görə fikir ayrılığı yaranıb

Fələstində baş verən son hadisələr İsrail siyasətində ciddi gərginliklərə səbəb olub...

Poliqon xəbər verir ki, İsrail ordusu Qəzza bölgəsində 5 jurnalisti qətlə yetirib və İordan çayının qərb sahilindəki "Yusif məqamı"na basqın təşkil edib. Bununla yanaşı, İsrailin daxili siyasətində Mossad rəhbəri David Barnea ilə baş nazir Benyamin Netanyahu arasında ciddi fikir ayrılıqları yaşandığı ortaya çıxıb.

Times of Israel qəzetinin məlumatına görə, Mossad rəhbəri David Barnea Husilərin hücumlarını dayandırmaq məqsədilə İranı hədəf almağı İsrail rəhbərliyinə təklif edib. Barnea Husilərə qarşı birbaşa hücumların təsirsiz olduğunu qeyd edərək, İranın dəstəklədiyi bu qruplara qarşı daha strateji addımlar atılmasını müdafiə edib. Lakin Netanyahu və müdafiə naziri İsrael Katz Husilərə birbaşa hücumların davam etdirilməsinin tərəfdarıdır.

Haaretz qəzetinin yazdığına görə, Netanyahu Mossad rəhbərinin fikirlərini rədd edib və İranın fərqli bir məsələ olduğunu, uyğun bir zamanda müzakirə ediləcəyini bildirib. Netanyahu Husilərin İsrailin digər düşmənləri ilə eyni aqibəti yaşayacağını vurğulayıb.

Son 10 gündə Husilər Qəzzaya dəstək məqsədilə İsrailə beş ballistik raket və bir neçə pilotsuz uçuş aparatı göndərib. İsrail Hərbi Hava Qüvvələri yaxın günlərdə Husilərə qarşı əməliyyatların artacağını elan edib.

İsrail analitikləri bildirirlər ki, Husilərin hücumlarının qarşısını almaq üçün təkcə İsrailin əməliyyatları kifayət etməyəcək. Onların fikrincə, ABŞ və Qərb dövlətlərinin dəstəyi ilə daha təsirli tədbirlər həyata keçirilə bilər. Xüsusilə, Donald Trampın yenidən prezidentliyə başlaması ilə bu istiqamətdə yeni addımların atılacağı gözlənilir.

Poliqon.info

Chosen
10
7
poliqon.info

8Sources