EN

Qəzaya uğrayan təyyarə atəşə tutulub



Bütün ictimailəşən informasiyaların təhlili göstərir ki, Azərbaycan Hava yollarına aid mülki təyyarə Qroznıda atəşə və ya odlu silah (parlayış və s.) zərbəsinə məruz qalıb. Füzülyaj üzərindəki deşiklərin içəriyə doğru istiqamətlənməsi göstərir ki, zərbə bayırdan olub. Məhz deşiklərin xarakteri onların salondakı oksigen balonunun partlaması nəticəsində məqsədli şəkildə ortaya atılan versiyanı alt-üst edir. Füzülyajın deşilməsi nəticəsində təyyarədə hermetizasiya pozulub və tədricən salonda təzyiq artıb. Pilotun dispetçerlə danışığının stenoqramması göstərir ki, salondakı təzyiqin artması və idarəetmənin itirilməsi ilə bağlı dəfələrlə bildirilsə də, kömək üçün imdad dilənsə, dispetçer buna məhəl qoymayıb. Aydın görünür ki, dispetçerin bütün göstərişləri köməyə, mülki təyyarənin və onun içərisindəki, heç bir günahı olmayan məsum insanların taleyini xilas etməyə deyil, əvvəlcədən planlaşdırılan aksiyanın dafa faciəvi sonluğu üçün nə lazıdırsa ona yönəlib.
Suallar:
1. Əgər Qroznıda vəziyyət təhlükəli idisə, bizim AZAL rəhbərliyi niyə reysləri təxirə salmayıb?
2. Rusiya tərəfi təhlükəni bilə-bilə niyə Azərbaycandan gələn mülki təyyarənin uçuşuna və onu qəbul etməyə icazə verib, bu barədə Azərbaycan tərəfinə heç bir xəbərdarlıq etməyib?
3. Yaxşı deyək ki, təyyarəni dron hesab edib vurublar, yaxud təsadüfən onun atəş və ya partlayışla zədələyiblər, bəs onda mülki, dispetçerlə danışıq aparmaq imkanında olan həmin təyyarəni təcili Qroznıya enməyə niyə qoymayıblar? Ən azı təcili enişlə insanların həyatını xilas etmək olardı. Görünür, günahsız insanların həyatı bahasına Ukraynanın üzərinə yıxmağa nə isə bir provakasiya düşünüblər.
Qroznıdan təyyarənin yönləndirilməsi zamanı dispetçerin danışıqları açıq mətnlə göstərir ki, təyyarə məqsədli şəkildə Xəzər dənizinin eninə istiqamətdə yönəldilib. Yəqin hesablayıblar ki, salonda getdikcə artan təzyiq təyyarənin mühərriklərinin qalxma gücünü endirəcək, nəticədə təyyarə idarəetməni itirəcək və ştoporla dənizə düşəcək. Dənizdə isə o soyuqda heç kim xilas ola bilməyəcək, ən azı şahid izi itəcək.
P.S. Pilotun üz cizgilərindən və hadisənin sonucundan aydın olur ki, o çox peşəkar olub və yetərincə mərhəmət hissinə malik olub. Bu gün xilas olanlar öz həyatını birbaşa ona borcludurlar.
Baş verən hadisə insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir.
Allah bütün baiskarlara lənət eləsin!
Həlak olanlara Allahdan rəhmət, salamat qala bilənlərə şəfa diləirəm.
Allah uca millətimizi qorusun!
Sayğılarla, Adil Qeybulla
Chosen
19
newscenter.az

1Sources