EN

Tailand BRİKS-in tərəfdaş ölkəsi olmaq dəvətini qəbul edib

Tailand hökumətinin sözçüsü Jirayu Houngsub ölkəsinin BRİKS-də "tərəfdaş ölkə" statusu almaq dəvətini qəbul etdiyini açıqlayıb.

Tailand BRİKS-də “tərəfdaş ölkə” statusu almaq dəvətini qəbul etdiyini açıqlayıb.

Tailand hökumətinin sözçüsü Jirayu Hounqsub bildirib ki, 23-24 oktyabr tarixlərində Rusiyada keçirilən BRİKS sammitindən sonra təqdim olunan tərəfdaş ölkə dəvəti Nazirlər Kabineti tərəfindən səsə qoyularaq qəbul edilib.

Tailandın Xarici İşlər Nazirliyi açıqlamasında BRİCS-ə üzvlüyün ticarət, investisiya, ərzaq və enerji təhlükəsizliyini gücləndirməklə Tayland üçün faydalı olacağını bildirib.

Üzvlərinin sayı 9-a yüksələn BRİKS dünya iqtisadiyyatında mühüm yer tutur.

Əvvəlcə Cənubi Afrikanı əhatə etməyən "BRIC" abbreviaturası 2001-ci ildə britaniyalı iqtisadçı Cim O'Neill tərəfindən Braziliya, Rusiya, Hindistan və Çinin böyümə potensialını vurğulayan məqalədə istifadə edilmişdir.

Birlik 2009-cu ildə ABŞ və Qərb ölkələrinin qlobal üstünlüyünü Rusiyanın təşəbbüsləri ilə balanslaşdırmaq üçün qeyri-rəsmi platforma kimi yaradılıb. Bir il sonra Cənubi Afrikanın dəvəti ilə birlik indiki adını BRİKS-i alıb.

Chosen
19
kommersant.az

1Sources