EN

Zirə Dəniz Limanına bəzi təhlükəli yüklərə malik gəmilərin daxil olmasına icazə verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası “Zirə Dəniz Limanı üzrə məcburi Qaydalar”da dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.

Qərara əsasən, Limana bəzi təhlükəli yüklərə malik gəmilərin daxil olmasına icazə verilib. Söhbət partlayıcı maddələr, sıxılmış, mayeləşdirilmiş və yaxud təzyiqlə məhlula çevrilmiş qazlar, tez alışan bərk maddələr; öz-özünə alışmağa meyilli maddələr; su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən maddələr, oksidləşdirici maddələr və üzvi peroksidlər və korroziyaya uğradan maddələr, eləcə də bütün tip və ölçülü konteynerlər, poladəritmə və meşə sənayesi məhsulları, qalaq şəklində olan yüklər, qablaşdırılmış tez xarab olan yüklər, digər qablaşdırılmış (kisə, yeşik, paket və s.) yük növləri, eləcə də avtomobil və tırtıllı texnikadan gedir.

Bununla yanaşı, “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nda qeyd edilən tez alışan mayelər, zəhərli (toksik) və yoluxucu (infeksiya) maddələr, radioaktiv materiallar və digər təhlükəli maddələr: su ilə təmasda olarkən alışan qazlar əmələ gətirən bərk yanan maddələr; zəhərli maddələr; havanın oksigenini udan maddələr; maqnitləşdirilmiş maddələr daşıyan gəmilərin limana daxil olmasına və körpülərə yan almasına icazə verilməyəcək. Həmin gəmilərin limana daxil olmasına və körpülərə yan almasına yalnız bunker əməliyyatlarının həyata keçirilməsi, həmçinin qəzalı vəziyyətdə olduqda insan həyatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə liman kapitanının və liman dispetçerinin icazəsi əsasında imkan veriləcək.

Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Chosen
6
7
ekologiya.az

8Sources